Şəkərli diabet niyə yaranır?
İnsulin çatışmazlığı və ya insulinə qarşı rezistentlik olduqda qidalarla alınan qlükoza hüceyrəyə daxil ola bilmir və qanda toplanır. Uzun müddət davam edən yüksək şəkər orqanizm üçün toksikdir — ilk zərbəni ürək-damar sistemi, sinirlər, böyrəklər və gözlər alır.
Xəstəliyin yaranmasında irsi meyillilik, artıq çəki, oturaq həyat tərzi, karbohidratlarla zəngin qidalanma, uzunmüddətli stress və yaş amili rol oynayır.

